Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.
"Leqal.info" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğın zamanı liftdə qalan 2 nəfər xilasedicilər tərəfindən xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15







