7 nəfər xilas edildi, 25-i təxliyə olundu

Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 kv.m olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.скачать dle 10.6фильмы бесплатно
23-06-2018, 12:41
Baxıs: 101 093
Reyting: