Sumqayıtda köçkünlərin evlərində yanğın olub
Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın baş verib.
Leqal.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 300 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
XƏBƏR LENTİ
Bu gün, 14:39
Bu gün, 13:15
Bu gün, 13:15
Bu gün, 13:15





