Metroda biabırçı mənzərə - Hamı bu görüntüdən danışır

Metroda biabırçı mənzərə - Hamı bu görüntüdən danışır

Müxtəlif zamanlarda qurumlar vətəndaşları ictimai nəqliyyatdan istifadəyə səsləyirlər. Bununla şəhərdə tıxac probleminin həll olunacağı ehtimal olunur.
Ortada acınacaqlı bir vəziyyət var ki, ictimai nəqliyyatdan istifadə etmək müəyyən saatlarda mümkünsüz olur. Bunun bariz nümunəsini İTV-nin metrodan paylaşdığı videoda görmək mümkündür.

Məktəb, universitet və işdən evlərinə qayıtmaq üçün metroya üz tutan vətəndaşlar elə bir mənzərə ilə üzləşirlər ki, bu barədə yazmağa söz tapmaq olmur. Tər qoxusu, dözülməz sıxlıq və havasızlıq sərnişinləri çarəsiz qoyub.

Oxşar vəziyyətə avtobuslarda da rast gəlinir. Mənzil başına çatmaq üçün avtobusu seçən sərnişinlər də böyük problemlərlə üzləşirlər.

BAKU.WSскачать dle 10.6фильмы бесплатно
28-11-2022, 15:36
Baxıs: 340
Reyting: