94 saylı sərnişin avtobusunda özbaşınalıq

Sürücü özbaşınalığı kütləvi narazılığa səbəb olub.

"Marşrut qrafikində pozğunluq, sürücülük vəsiqəsi olmadan işləyən sürücülər, əsəbi gərgin sərnişinlər"...

Yeni Yasamal - Xalqlar Dostluğu istiqamətində hərəkət edən 94 saylı marşrutun sərnişinləri Leqal.info-nun Qaynar xəttinə zəng edərək narazılıqlarını bildiriblər. Sərnişinlər ən çox 94 saylı marşrutun qrafik pozğunluğundan və sürücülərin özbaşına əməllərindən narazılıqlarını qeyd ediblər. Sərnişinlərin dediklərinə görə, marşrut gecə saatlarında yəni 18:00 - 23:00 vaxtlarında demək olar ki, 1-2 marşrut ya gəlir ya gəlmir. Bu da ona əsas verir ki, sürücülər sərnişinlərin işdən çıxan vaxtına biganə yanaşırlar. Əsas marağı maddi durumlarında görürlər. Yəni planı verib, yanacağı doldurub öz mənfəətlərini əldə edib birbaşa olaraq ixtiyarlarında olan sərnişin marşrutunu qaraja tərəf idarə edirlər. Burda da birbaşa məsuliyyəti 94 saylı marşrutun sahibkarı daşıyır ki, belə hallara göz yumur.

Azərbaycanda, xüsusilə paytaxt Bakıda ən çox problemləri olan sahələrdən biri də ictimai nəqliyyatdır. İctimai nəqliyyatdan istifadə edənlərin əksəriyyəti hansısa çatışmazlıqdan narazıdır. Bütün bu halları nəzərə alaraq "Leqal.info" İnformasiya Agentliyi ictimaiyyətdə sorğu keçirdi.. Nəticələri təqdim edirik:

Vətəndaş: Şəhərkənarı avtobuslar çox bərbad gündədir. Onların əvəzinə "Baku Bus" avtobusları olsa, daha yaxşı olar".

Vətəndaş: "Avtobuslarda natəmizlik hökm sürür".

Vətəndaş: "Sürücülər sükan arxasında siqaret çəkirlər. Aidiyyatı qurumlar bu məsələlərə müdaxilə edib nəzarət tədbirləri aparsalar yaxşı olar.

Vətəndaş: "Sürücü mədəniyyəti çox aşağıdır, qrafik üzrə hərəkətə məhəl qoyulmur. Bu hallar axşam saatlarında daha çox özünü göstərir. Bu sahədə vəziyyət çox pisdir".

Vətəndaş:
"Yüksək sürət, sürücülərin qoşduğu yüksək səsli musiqilər, sürücülərin davranış və sərnişinlərlə mədəniyyətsiz danışığından xüsusilə narazıyam".

Mövzunu diqqətdə saxlayacağıq...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
20-08-2017, 15:00
Baxıs: 691
Reyting: