Romada futbol azarkeşlərinin olduğu eskalator çökdü

Romada “Reppublika” metro stansiyasında eskalator qəzası baş verib.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, eskalatorun çökməsi nəticəsində 30 nəfər yaralanıb. Onlardan 7-sinin vəziyyəti ağır, 5-nin orta ağır, 18-nin isə yüngüldür. Yaralılardan birinin ayağı amputasiya edilib.

Yaralılar Olimpiya stadionuna Rusiyanın “Mərkəzi Ordu İdman Klubu” ilə “Roma” matçını izləməyə gedənlər olub. Onlardan əksəriyyətinin Rusiya vətəndaşı olduğu bildirilir.скачать dle 10.6фильмы бесплатно
23-10-2018, 23:20
Baxıs: 63 241
Reyting: