ABŞ səfiri: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik”
“Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasından indiyədək bizim bir çox sahələrdə birgə əməkdaşlığımız var. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində apardığımız birgə fəaliyyətlər bu əməkdaşlığın tərkib hissəsidir”.
Leqal.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger fevralın 28-də iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ ilə Azərbaycan arasında təhsil, mədəniyyət və digər sahələrdə layihələrin sayını artırmaq, əlaqələri daha da möhkəmləndirmək niyyətindədilər: “ABŞ və Azərbaycan ötən 30 ildə bir çox nailiyyətlər əldə edib və əminik ki, güclü tərəfdaşlar olaraq bundan sonrakı 30 il ərzində daha böyük uğurlara imza atacaqlar”. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57