"Azərbaycan və Efiopiya arasında əlaqələri gücləndirməyə çalışırıq"

Azərbaycan və Efiopiya arasında əlaqələri gücləndirməyə çalışırıq.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, bunu Efiopiyanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanda akkreditasiya olunmuş səfiri Ayaleu Gobezi Vorknyu (Ayalew Gobezie Workhnew) jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasında xüsusilə, biznes, mədəniyyət, infrastruktur və digər sahələrdə əlaqələrin inkişafı üçün səylər göstərilir.

Keçən ilin noyabr ayında Elmar Məmmədyarovun Efiopiyaya səfərini xatırladan Səfir deyib ki, gələcəkdə də hər iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlər gözlənilir: " Həmçinin iki ölkənin biznes mühitinin nümayəndələrinin də qarşılıqlı səfərləri baş tutacaq. Ümid edirəm, bunun sayəsində iki ölkə arasında biznes əlaqələri gücləndiriləcək".скачать dle 10.6фильмы бесплатно
21-02-2018, 20:09
Baxıs: 35 888
Reyting: