Rusiyada mikroavtobus yük maşını ilə toqquşub

Rusiyada Orenburq şəhərinin yaxınlığında mikroavtobusla “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində dörd nəfər ölüb, beş nəfər xəsarət alıb.

“Leqal.info” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Orenburq-Samara yolunda baş verib.

Belə ki, Buzuluk şəhərinə doğru hərəkət edən sərnişin mikroavtobusu ilə qoşqulu olan “MAN” markalı yük avtomobili toqquşub.

Yol qəzası nəticəsində mikroavtobusda olan dörd sərnişin ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib.скачать dle 10.6фильмы бесплатно
20-12-2019, 22:07
Baxıs: 182 859
Reyting: