Yevlaxda mikroavtobusun qəzaya düşməsi nəticəsində 5 nəfər xəsarət alıb

DİN Yevlaxda 5 nəfərin xəsarət alması ilə nəticələn qəza ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 11 mart 2018-ci il tarixində saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keşirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
11-03-2018, 23:57
Baxıs: 41 292
Reyting: