DİN-dən valideynlərə MÜRACİƏT: “Gizlilik qaydalarını öyrədin”

DİN-dən valideynlərə MÜRACİƏT: “Gizlilik qaydalarını öyrədin”

Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib.

  Nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb:

- Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin;

- Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın;

- Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;

- Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;

- Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.скачать dle 10.6фильмы бесплатно
5-10-2022, 12:23
Baxıs: 257
Reyting: