FHN əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Leqal.info-nun APA-ya istinadən məlumatına görə, müraciətdə bildirilir ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir: - evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; - işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli; - ağac tezalışan oyuncaqla bəzədilməməli; - qapalı məkanda atəşfəşanlıq edilməməlidir; Bayram şənliyində bunlar nəzərə alınmalıdır: - şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli; - şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı; - pəncərədə dəmir barmaqlıq olmamalı; - məkanın iki çıxışı olmalı; - ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı; - otağın qapıları mütləq bayıra açılmalı; - məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı; - şənlikdə işıq tam söndürülməməli; - şənliyə tezalışan materialdan paltar geyinilməməli; - məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57