Vilayət Eyvazov yeni rəis təyin etdi

Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

Leqal.info xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Ziya Əliyev sözügedən rayona polis rəisi gətirilib.

Qeyd edək ki, Z.Əliyev bundan öncə Qusar Rayon Polis Şöbəsinin rəis olub. Bundan əvvəl isə Naftalanda eyni vəzifədə çalışıb.скачать dle 10.6фильмы бесплатно
19-07-2021, 22:42
Baxıs: 19 629
Reyting: