Vilayət Eyvazov Bakı Metrosunun polis rəisini işdən çıxardı

Paytaxtın Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

Leqal.info xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov vəzifəsindən azad edilib.

Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb.

S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb.скачать dle 10.6фильмы бесплатно
20-05-2020, 12:58
Baxıs: 19 967
Reyting: