Qaradağ Rayon Polis İdarəsinə yeni rəis təyin edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov vəzifəsindən azad edilərək, Qaradağ Rayon Polis İdarəsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsində polis polkovniki İsfəndiyar Mehbalıyev idi. O, ötən ay öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Xatırladaq ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.скачать dle 10.6фильмы бесплатно
1-07-2021, 13:52
Baxıs: 38 552
Reyting: