Vilayət Eyvazovdan yeni rəis təyinatı
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Leqal.info-nun məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Samir Quliyev Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə (PB) rəis təyin edilib. Qeyd edək ki, S.Quliyev bu təyinata qədər Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, daha əvvəl Suraxanı RPİ-nin 33-cü PB-nin rəisi polis polkovnik-leytenantı Tuncay Abbasov olub. O, aprel ayında işdən azad edilərək Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi vəzifəsinə təyin olunub. T.Abbasov deputat Aqil Abbasın oğludur. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57