Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə salınıb
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Leqal.info-ya bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək. “Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq”, - deyə QSC-nin məlumatında bildirilir. Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir. |
XƏBƏR LENTİ
Bu gün, 21:52
Bu gün, 18:47
Bu gün, 18:44
Bu gün, 12:30
Bu gün, 10:40
Bu gün, 10:27
Bu gün, 10:12



































