Bakıda qalan Rusiya vətəndaşlarının nəzərinə
Dekabr ayında "Ural Hava Yolları" aviaşirkəti Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcək.
Leqal.info xəbər verir ki, reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub. Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək. Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur. |
XƏBƏR LENTİ
Bu gün, 11:38
Bu gün, 11:27
Bu gün, 10:45
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40