Bakı-London aviareysi üzrə texniki səbəbdən ləngiyən təyyarə əvəzlənərək yola salınıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2 007 saylı Bakı-London aviareysi üzrə texniki səbəbdən ləngiyən "Boeing 787-800" təyyarəsi "Airbus A340-500" layneri ilə əvəzlənərək yola salınıb. Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

"Təyyarədə qeydə alınmış xırda texniki nasazlıq səbəbindən Bakı-London aviareysi ləngiyib. Lakin texniki nasazlıq qeydə alınan təyyarə digəri ilə əvəzlənərək Bakıdan Londona yola salınıb", - deyə hava limanından qeyd olunub.

17:31

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2 007 saylı Bakı-London aviareysi təyyarədə qeydə alınan texniki nasazlıq səbəbindən ləngiyir. Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, sözügedən aviareys üzrə təyyarə bu gün saat 18:05-də havaya qalxmalı idi: "Bakı-London aviareysi üzrə havaya qalxmalı "Boeing 787-800" təyyarəsində xırda texniki nasazlıq qeydə alınıb. Sözügedən nasazlıq aradan qalxan kimi avialayner Londona uçacaq".

Aeroportdan həmçinin bildirilib ki, texniki problem xırda olduğundan qısa bir zamanda aradan qaldırılacaq və təyyarə yola salınacaq: "Bakıdan Londona təyyarənin saat 19:00-da havaya qalxacağı gözlənilir".скачать dle 10.6фильмы бесплатно
31-08-2019, 20:47
Baxıs: 87 938
Reyting: