Seninem.Az > Aktual / Manşet Yuxarı > Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə salınıb
Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə salınıbTarix: 4-01-2021, 22:13. Müəllif: admin |
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Leqal.info-ya bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək. “Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq”, - deyə QSC-nin məlumatında bildirilir. Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir. Geri Qayıt |