allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bu şəxslərə hər ay pul ödəniləcək - ƏTRAFLI » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bu şəxslərə hər ay pul ödəniləcək - ƏTRAFLI

Bu şəxslərə hər ay pul ödəniləcək - ƏTRAFLI

Nazirlər Kabineti ərzaqlıq buğdanın idxal qiymətinin artmasının un və un məmulatlarının qiymətinə təsirini azaltmağa qərar verib. Arazxeber.az bildirir ki, 16 fevral qərarına görə, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonu üçün 35 manat məbləğində subsidiya veriləcək. Yenilik 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrü əhatə edir.

İşin icrası İqtisadiyyat Nazirliyinə həvalə olunur, vəsait 2021-ci ilin dövlət büdcəsinin ehtiyat fondundan ayrılır.

İqtisadiyyat Nazirliyinə Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədəki qiymətlərə təsirinin azaldılması üçün tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılması təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Başqa bir qərar 2021-ci il mayın 1-dək ixrac olunan bəzi buğda sortlarının hər tonuna görə 200 dollar rüsum müəyyən edir.
05:12
Baxıs: 2000
Reyting: