Sabah Ramazan ayının beşinci günüdür.Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da Bakıda imsak saat
03:51, iftar isə saat
20:00-dadır.
Ramazan ayının 5-ci gününün duası:"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
"İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!"
Allah orucunuzu qəbul etsin!скачать dle 10.6фильмы бесплатно