Seninem.Az > Sosial / DİN / Manşet Yuxarı > Ramazanın 5-ci gününün duası
Ramazanın 5-ci gününün duasıTarix: 10-05-2019, 21:43. Müəllif: admin |
Sabah Ramazan ayının beşinci günüdür. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da Bakıda imsak saat 03:51, iftar isə saat 20:00-dadır. Ramazan ayının 5-ci gününün duası: "Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin". Tərcüməsi: "İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!" Allah orucunuzu qəbul etsin! Geri Qayıt |