Məhbəsdən anama, eyni zamanda Rasimin anasına yazıram...

Öncə bütün anaların əllərindən öpürəm

Bu günlərdə ailəmlə görüşə çıxmışdım. Görüş otağında anamın yanında bir ana gördüm. O da mənim anam kimi, Rasimin (məkanı cənnət olsun) anası kimi ağ saçlı, dərdli-qəmli, dunyanın ən gözəli...
Məni görən kimi yaş dolu kədərli gözlərini mənə zillədi.Aramızda belə bir dialoq keçdi:
__Ananla bayaqdan danışıram,deyəsən səndə mənim oğlum kimi günahsız tutulmusan?
__Oğlunuz kimdir?
__Adı Samirdir.Tanımırsan onu?
__Hansı Samir?
__Jurnalist Rasimin ölümündə günahlandırılan Samirin anasıyam.
__Hə bildim...Bəyəm o günahsızdır?
__Oğlum,uşaqlar analarına yalan danışmırlar. Bilirəm ki,onun ölümündə Samirin günahı yoxdur.Məndə bir anayam.Rasimin anasını anlayıram.Onun acısı yanğısı çoxdur.Lakin oğlum günahsızdır.
__Bəs bütün bunları Rasimin anası bilirmi? -
__Qeyri ixtiyari soruşdum
O, dərdli-dərdli çiyinlərini çəkdi və susdu... Əslində bu susmaq bir çığırtı idi. Dərdli bir ananın için-için bağırtısı idi...
Yadıma oxuduğum bir tarixi hadisə düşdü:
Çanaqqala döyüşlərində yaralanaraq əsir düşmüş və azad olaraq vətəninə-İngiltərəyə qayıdan bir zabit xatirələrində yazırdı:
Ağır döyüşlərin birində yaralanmışdım. Türk zabitlərindən biri məni belinə götürüb,döyüş bölgəsindən çıxararaq evlərinə apardı. O, anası ilə yaşayırdı. Zabit hər gün döyüşə gedir,anası isə hər gün yaralarıma məlhəm qoyaraq məni sağaldırdı. Elə yenicə sağalıb ayağa durmuşdum ki,türk zabiti döyüşdə öldürüldü. Ana isə buna rəğmən hər gün göz yaşları içində sarğımı dəyişir, yarama məlhəm qoyurdu. Bir gün onun əzabına dözməyib,silahı çıxarıb verdim ki,oğlunun qisasını məndən alsın. O, isə oğlum, sən tanrının mənə göndərdiyi əmanətisən!-dedi. Oğlumu öldürmüş olsaydın belə sənə dəyməzdim....Mən ANAYAM və bütün analar tanrınin yerdəki mələkləridir.O, bizi öldürmək üçün deyil yaşatmaq üçün göndərib..
Bu, məğrur türk anasının böyük ürəyidir. Elə bilirəm ki, Rasimin anasıda belədir.
Rasim üstü bağlı, bizlər isə(qəzavü-qədər məhkumları) üstü açıq məzardayıq.
Rasimin yanından Sizi çağırıram:
Bəlkə anamla birgə,bir gün gəlib mənimlə dərdləşəsən?Məncə bunu Rasimin ruhuda istəyir...
P.S. Görüş boyu bap-balaca bir qız uşağı gözləri ilə bizi süzür, kəsik-kəsik köks ötürürdü, hərdən kədərli-kədərli əmim gəlmədi – deyirdi.
__Gözəl qızım, niyə tələsirsən əmin üçün darıxmısan?
__Onun üçün məktub yazmışam–deyib cibindən bir kağız parçası çıxarıb mənə verdi.
Məncə bunu oxumağa dəyər...

Hörmətlə,
Sərdar İdrisli


Balaca Zəhranın əmisinə yazdığı məktubu
Salamlar olsun əziz və hörmətli əmim Samirə!Sizi narahat edən Zəhra və Zəhraların Zəhrasıdır. Əmi adım Zəhra sənə kömək olsun. Tezliklə səni və dostlarını Allah qurtarsın. Amin inşallah. Əmi, Allah qoysa mən jurnalist olmaq istəyirəm. Bilirsən niyə? Sənə olan ədalətsizliyi sübuta yetirəcəm. Çünki sən günahsız idin. Mən günahkarların cəzalanmasını istəyirəm. Vaxt gələcək sənin günahsız olduğunu mən-Zəhra sübuta yetirəcəm. Sənə söz verirəm əmi. İlk olaraq Allah sənə kömək olsun. Tezliklə sənin qapını açsın...

AMİN!!!
İmza gələcəyin jurnalisti Zəhra Seymurqızı.скачать dle 10.6фильмы бесплатно
30-12-2018, 12:00
Baxıs: 42 674
Reyting: