Azərbaycanda Polşanın tədris üzrə Rəsmi nümayəndəliyi fəaliyyətə başladı

Bakıda Polşanın tədris üzrə Rəsmi nümayəndəliyi fəaliyyətə başladı

Bu barədə "Leqal.info"-ya Polşanın Azərbaycanda tədris üzrə rəsmi nümayəndəsi olan "EuroWeek Azərbaycan" Şirkətindən məlumat daxil olub.

Euroweek ibtidai siniflər, orta məktəb, tələbələr və Lisey şagirdləri üçün planlaşdırılmış 7, 10, 14 günlük bir liderlik proqramıdır. Euroweek proqramı 23 ildən artıqdır ki, yarım milyon şagirdin xarici ölkədə dil öyrənərək dilə mümkün qədər meyilli olmalarını təmin edir. Ancaq proqram bununla məhdudlaşmır.

Şagirdlərimiz düşərgədə qaldıqları müddət ərzində təşkil edilən dərnəklərdə xüsusi çalışmalarla yeni qabiliyyətlər qazanaraq hazırki qabiliyyətlərini üstün səviyyəyə çatdıracaq, təşkil etdiyimiz Vyana, Berlin, Praqa və digər şəhərlərin səyahətləri ilə Avropanın ən mühüm Paytaxt şəhərlərini kəşf etmək imkanı qazanacaqlar. Dünyanın dörd bir yanından gələn müəllimlərimiz öz ölkələrini, mədəniyyətlərini, həyat tərzlərini təşkil edəcəyimiz mədəniyyət gecələrində şagirdlərimizə təqdim edəcəklər.
Euroweek ilə dil öyrənmək fərqli mədəniyyətlərin qapılarını açarkən dili ən sürətli və səmərəli şəkildə öyrəndikdən sonra gündəlik həyatda səlis şəkildə tətbiq etmək qabiliyyətini də qazandıracaqdır. Bir dili həqiqi mənada başa düşmək və həmin dildə danışmaq qabiliyyəti isə sadəcə uzunmüddətli təcrübə ilə qazanıla bilər.
Euroweek şagirdlərimizi dünyanın ehtiyacı olan, nə istədiyini bilən, öz qabiliyyətlərini dərk edən və ən əsası düşündüklərindən daha artığını edə biləcəklərinə inanan fərdlərə çevirməyi qarşısına məqsəd qoymuşdur. 10 gün insan həyatında çox qısa müddət kimi görünsə də, unutmayaq ki, bu 10 günlük müddət ərzində əkəcəyiniz toxumlar bir gün çox böyük ağaclara çevriləcəkdir.
İstər boya boyamaq, istər musiqi alətində çalmaq, istərsə də Fransız dilini öyrənməyə çalışmaq, ən sürətli və zəmanətli yol ilə işə başlamaq və özünüzü bu cəhdin içərisində görməkdir. Euroweek artıq illərdir ki, insanların ölkə daxilində və xaricində dil öyrənərək dilə mümkün qədər meyilli olmalarını təmin edir.
Xüsusi olaraq qeyd etmək istərdik ki, Polşanın Azərbaycanda tədris üzrə rəsmi nümayəndəsi olan "EuroWeek Azərbaycan" Şirkəti ölkəmizi Avropa ölkələrində layiqincə təmsil edir və milli dəyərlərimizi, adət ənənələrimizi yüksək səviyyədə Avropa ölkələrinə nümayiş etdirirlər. Bu işdə "Leqal Informasiya Agentliyi" olaraq Biz də öz növbəmizdə "EuroWeek Azərbaycan" şirkətinə uğurlar arzu edirik.
Azərbaycanda Polşanın tədris üzrə Rəsmi nümayəndəliyi fəaliyyətə başladı
Azərbaycanda Polşanın tədris üzrə Rəsmi nümayəndəliyi fəaliyyətə başladıскачать dle 10.6фильмы бесплатно
22-11-2018, 13:18
Baxıs: 61 740
Reyting: