Hərbi qulluqçumuz xəstəlikdən vəfat edib
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.
"Leqal.info" Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib. Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin! |
XƏBƏR LENTİ
Dünən, 14:36
Dünən, 09:00
Dünən, 09:00
Dünən, 09:00
Dünən, 09:00







