Seninem.Az > Sosial / Manşet Yuxarı > Hərbi qulluqçumuz xəstəlikdən vəfat edib
Hərbi qulluqçumuz xəstəlikdən vəfat edibTarix: 31-07-2020, 13:52. Müəllif: admin |
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib. "Leqal.info" Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib. Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin! Geri Qayıt |