Yetim Eyvaz vəfat etdi
Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib.
“Leqal.info” xəbər verir ki, bu barədə Modern.az-a şairin yaxınları məlumat verib. Bildirilib ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib. Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq. Allah rəhmət eləsin! |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































