Seninem.Az > Mədəniyyət > Yetim Eyvaz vəfat etdi
Yetim Eyvaz vəfat etdiTarix: 23-07-2017, 16:07. Müəllif: admin |
Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib. “Leqal.info” xəbər verir ki, bu barədə Modern.az-a şairin yaxınları məlumat verib. Bildirilib ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib. Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq. Allah rəhmət eləsin! Geri Qayıt |