"Azərbaycanla əməkdaşlığımız konstruktiv və qarşılıqlı faydalıdır"

"Azərbaycan Respublikası ilə çox yaxşı və mehriban münasibətlərimiz, birgə kapitallı çoxlu müəssisələrimiz var. Azərbaycanın çox sayda nümayəndəsi Volqoqrad vilayətində işləyir".

Bunu "Report"un Rusiya bürosuna Rusiyanın Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov deyib.

"Qarşılıqlı münasibətlərimizi konstruktiv və qarşılıqlı faydalı kimi qiymətləndiririk. Onların daha da inkişafı üçün çox yaxşı potensial var. Əminəm ki, Azərbaycanın regionları, Azərbaycan şirkətləri ilə qarşılıqlı fəaliyyət çərçivəsində qəbul ediləcək qərarlar əlaqələrimizin dərinləşməsinə kömək edəcək. Qardaş Azərbaycan xalqına "Volqoqrada xoş gəlmişsiniz!" demək istəyirəm. Biz isə əlbəttə ki, Azərbaycana səfər edəcəyik", - qubernator bildirib.скачать dle 10.6фильмы бесплатно
7-06-2019, 13:41
Baxıs: 76 703
Reyting: