"Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır"
"Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır".
"Leqal.info"nun məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşdə çıxışı zamanı deyib. "Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır", - deyə Birinci vitse-prezident qeyd edib. |
XƏBƏR LENTİ
Bu gün, 11:05
Bu gün, 11:02
Bu gün, 10:29
Bu gün, 10:09
Bu gün, 10:09



































