PREZİDENT GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ 10 MİLYON MANAT AYIRIB

Prezident İlham Əliyev “Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Leqal.info “Report”-a istinadən xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.скачать dle 10.6фильмы бесплатно
26-09-2018, 18:25
Baxıs: 32 518
Reyting: