Salyanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.скачать dle 10.6фильмы бесплатно
26-09-2017, 17:53
Baxıs: 422
Reyting: