Seninem.Az > İqtisadiyyat > Salyanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb
Salyanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıbTarix: 26-09-2017, 17:53. Müəllif: admin |
Azərbaycan prezidenti İlham Əliyev Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Geri Qayıt |