Seninem.Az > Siyasət / Manşet Sağ > PREZİDENT GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ 10 MİLYON MANAT AYIRIB
PREZİDENT GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ 10 MİLYON MANAT AYIRIBTarix: 26-09-2018, 18:25. Müəllif: admin |
Prezident İlham Əliyev “Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Leqal.info “Report”-a istinadən xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Geri Qayıt |