"Azərbaycanda seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək"

"Azərbaycanda seçki ilə bağlı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

“Ümumilikdə, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir. Buna görə heç kim narahat olmamalıdır”, - deyə o vurğulayıb.

Z. Əsgərov Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bağlı sualı da cavablandırıb: "Azərbaycan parlamenti tərəfindən artıq bütün parlament təşkilatlarını prezident seçkilərini müşahidə etmək üçün müraciətlər göndərilib. Eyni zamanda digər dövlət orqanlarımız, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası tərəfindən qeyri-parlament təşkilatlarına müraciətlər göndərilib və onların ilkin razılığı alınıb. Hesab edirəm ki, kifayət qədər beynəlxalq təşkilat prezident seçkilərini izləyəcək. Onların iştirakı ilə bağlı heç bir problem görmürəm".скачать dle 10.6фильмы бесплатно
20-02-2018, 17:19
Baxıs: 28 928
Reyting: