MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin edib
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib.
Leqal.info-nun APA-ya istinadən məlumatına görə, MSK-nın qərarına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib. Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. |
XƏBƏR LENTİ
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42