Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasına Sergey Lebedev rəhbərlik edəcək
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasına rəhbərlik edəcək.
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının bu gün Minskdə keçirilən iclasında qərar verilib. *** 13.02 MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev MDB-nin Azərbaycanda prezident seçkiləri ilə bağlı müşahidə missiyasına rəhbərlik edə bilər. APA-nın TASS-a istindən verdiyi məlumata görə, bunu S. Lebedev MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının iclasından öncə verdiyi açıqlamada deyib. O bildirib ki, şuranın iclasında nümayəndə heyətinə rəhbərlik və onun namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunacaq. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































