Naxçıvana 2 yeni hakim təyin edildi

Naxçıvana 2 yeni hakim təyin edildi

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə iki yeni hakim təyin edilib.

 “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Qərar layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.скачать dle 10.6фильмы бесплатно
23-12-2022, 13:32
Baxıs: 511
Reyting: