Baş Qərargah rəisi "TEKNOFEST Azərbaycan"da nümayiş etdiriləcək texnikalara baxış keçirib
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi ərazidə olub.
Leqal.info xəbər verir ki, Baş Qərargah rəisi festivalda nümayiş etdiriləcək və Azərbaycan Ordusunun sərəncamında olan hərbi-texnoloji vasitələrə baxış keçirib. Müdafiə Nazirliyi üçün ayrılan povilyonda Quru Qoşunları, Hərbi Hava Qüvvələri, mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan ən yeni hərbi-texniki və digər avadanlıqlar təqdim olunacaq. |
XƏBƏR LENTİ
Bu gün, 11:05
Bu gün, 11:02
Bu gün, 10:29
Bu gün, 10:09
Bu gün, 10:09



































