Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İşlər müdirini vəzifəsindən çıxarıb.

Leqal.info xəbər verir ki, sərəncama əsasən, Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 80 yaşlı O. Şahbazov 2016-ci ildən indiyə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, “Əməkdar dövlət qulluqçusu” Fəxri adları və “Şöhrət” ordeni ilə təltif edilib.скачать dle 10.6фильмы бесплатно
26-01-2021, 17:00
Baxıs: 22 751
Reyting: