I vitse-spiker Prezidentin BMT-dəki nitqini tarixi çıxış kimi dəyərləndirib

Milli Məclisin I vitse-spikeri Əli Hüseynli Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışına münasibət bildirib.

Leqal.info xəbər verir ki, Ə.Hüseynli qeyd edib ki, BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev BMT-nin bir təşkilat kimi fəaliyyətinə, pandemiya zamanı dünyada baş verən proseslərə, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, həmçinin də Azərbaycanın bir dövlət kimi əldə etdiyi nailiyyətlərə obyektiv qiymət verib:

"Cənab Prezident çıxışında bir daha Ermənistanın işğalçı mahiyyətini dünya ictimaiyyətinə çatdırıb. O, Ermənistan rəhbərliyinin avtoritar, mürtəce, insan hüquqlarına zidd siyasətinə baxmayaraq beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının buna göz yumduğunu söyləyib. Prezident həmçinin iyul ayında Tovuz bölgəsində Ermənistan hərbi birləşmələri tərəfindən törədilən təxribat zamanı bu ölkəyə xaricdən külli miqdarda silah-sursat ötürülməsini bir daha açıqlayıb və bunu sülh danışıqlarına ciddi zərbə vurduğunu göstərib.

Prezident həmçinin Azərbaycanın həm siyasi, həm iqtisadi islahatlar çərçivəsində əldə etdiyi nailiyyətləri də diqqətə çatdırmışdır. Bununla yanaşı, o vurğulayıb ki, pandemiyadan sonrakı dövrdə bütövlükdə beynəlxalq münasibətlərdə yeni yanaşmalar və islahatlar aparılmalıdır".

Əli Hüseynli əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələrinin icra mexanizminin yaradılması ilə bağlı təklifi və yeni yanaşma xüsusi əhəmiyyət kəsb edir.скачать dle 10.6фильмы бесплатно
25-09-2020, 13:29
Baxıs: 36 233
Reyting: