YAP-çı deputatların iştirakı ilə iclas keçirildi

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilib.

"Leqal.info"nun xəbərinə görə, həmin iclasda və YAP Siyasi Şurası iclasında müzakirə olunan məsələlərlə bağlı yaxın dəqiqələrdə başlayacaq mətbuat konfransında məlumat veriləcək.

*** 14:33

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilir.

"Leqal.info"nun xəbərinə görə, iclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. İclasda onlara YAP Siyasi Şurasının qərarı elan olunur.

Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.скачать dle 10.6фильмы бесплатно
28-11-2019, 14:54
Baxıs: 31 479
Reyting: