Mətbuat Şurasının yubileyinə həsr olunmuş mərasim keçirilib

Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə Azərbaycan prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, millət vəkilləri, media nümayəndələri, ziyalılar və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Əli Həsənov Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib: "Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və bu qurultayda Azərbaycan prezidenti cənab İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilmişdi. Mətbuat Şurasının fəaliyyətinə ulu öndər Heydər Əliyev də yüksək qiymət vermişdi. Mətbuat Şurası cəmiyyətimizdə də, jurnalist ictimaiyyəti arasında da və ona müraciət edən ayrı-ayrı vətəndaşlar arasında da, o cümlədən dövlət qurumları arasında özünəməxsus nüfuz qazanıb. İnanırıq ki, Mətbuat Şurası fəaliyyətini getdikcə daha da gücləndirəcək”.

Sonra Mətbuat Şurasının 15 illik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Mərasimdə Mətbuat Şurasının 2010-cu ildə təsis etdiyi Ali Media Mükafatı 3 dərəcə üzrə 2017-ci ilin laureatlarına təqdim olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.скачать dle 10.6фильмы бесплатно
14-03-2018, 20:55
Baxıs: 40 680
Reyting: