Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

MŞ-dan APA-ya verilən məlumata görə, ilk olaraq “Aztoday.az” saytının fəaliyyəti ilə bağlı Şuraya daxil olmuş müraciətlər araşdırılıb. “Aztoday.az” saytına xəbərdarlıq edilməsi qərara alınıb. Eyni zamanda, “Aztoday.az”la bağlı toplanmış materialların Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirə olunması məqsədəuyğun sayılıb.

Komissiya “obyektiv.org” saytı və “Korrupsiyaya yox” qəzeti ilə bağlı toplanmış materialların da MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib.

İclasda “dia.az” saytının fəaliyyəti ilə bağlı 2 müraciətə baxılıb. Hər iki şikayət əsasında Komissiya “dia.az” saytına yanlışlığı aradan qaldırmağı və təkzib mətni yayımlamağı tövsiyə edib.

İclas zamanı “qafqaznews.az” və “legion.az" saytları ilə bağlı müraciət də araşdırlıb. Məlumat verilib ki, hər iki sayt tənqid obyekti kimi təqdim etdiyi şirkət barədə material yayımlayarkən qarşı tərəfin mövqeyini öyrənməyib. Bu isə peşə prinsiplərinin pozulmasıdır.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
27-10-2017, 17:27
Baxıs: 572
Reyting: