Amaliya Pənahovaya vida

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Amaliya Pənahova dəfn olunub.

Leqal.info xəbər verir ki, vida mərasimində dövlət rəsmiləri, sənətçilər və bir sıra şəxslər iştirak edib.

Müxtəlif ölkələrin səfirlikləri, universitetlər, nazirliklər və digər qurumlardan gələn əklillər Pənahovanın məzarı başına qoyulub.
Amaliya Pənahovaya vida
Sənət nümayəndələri Xalq artistinin ailəsinə başsağlığı verib, sənətçinin dərin ehtiramla yad ediblər.

Sənətçi Akademik Milli Dram Teatrından alqışlarla yola salınıb. Bakı Bələdiyyə Teatrının aktyorları və aktrisaları rəhbərlərinin son mənzilə yola salınmasını ağlayaraq izləyiblər.

Qeyd edək ki, Xalq artisti 73 yaşında vəfat edib.
Amaliya Pənahovaya vida
13.19

Xalq artisti Amaliya Pənahova Ümumşəhər qəbiristanlığında həyat yoldaşı Yusif Muxtarovun yanında dəfn edilib.

12:42

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir. Mərasimdə sənətkarın oğlu Eldar Muxtarov çıxış edərək, tədbirə qatılanlara təşəkkür edib.
Amaliya Pənahovaya vida
Leqal.info xəbər verir ki, o, anasının ölümünü ağır itki adlandırıb:

“Çox sağ olun ki, gəlmisiniz. Ailəmiz üçün ağır itkidir. Əminəm ki, Bələdiyyə Teatrı gələcəkdə də öz tamaşaları ilə bizi sevindirəcək, anamın adını layiqincə daşıyacaq”.

Qeyd edək ki, Amaliya Pənahova vəsiyyətinə əsasən, həyat yoldaşının yanında dəfn ediləcək.
Amaliya Pənahovaya vida
12:25

Amaliyanı cavanlıqdan tanıyırdım. Onun “Nargilə” obrazı bütün sevənləri sarsıtmışdı. Onu rejissor Tofiq Kazımov kəşf etmişdi. Biz onunla tez-tez zəngləşir, danışırdıq. Ona deyirdim ki, AzDrama sənin sənin doğma teatrındır.

Leqal.info xəbər verir ki, bunu Xalq artisti Amaliya Pənahova ilə vida mərasimində Azərbaycan Akademik Milli Dram Teatrının diretoru Azərpaşa Nemətov deyib.
Amaliya Pənahovaya vida
“O, hərbi bölgələrdə öz kollektivi ilə tamaşalar oynayırdı. Sakit dayanmırdı, bu, Milli Məclisdə deputat olduğu dövrdə də belə idi. Həm rejissor, həm aktrisa kimi çox böyük idi. Bunlar yaddaşımızdadır. İllər keçəcək, oynadığı tamaşalar, filmlər yenə də göstəriləcək. Onun böyük sənəti əbədiyyətdə də özünə yer tapacaq. O, böyük bir dövrün, epoxanın sənətkarıdır. Ailə üzvlərində başsağlığı verirəm. Bu gün hamı məyusdur. Son dəfə onu bu səhnəyə çıxardıq. Ruhu şad olsun!”

12:18

Bu gün Azərbaycan ictimaiyyətə çox ağır itki üz verib. Cəmiyyətin verdiyi reaksiyadan bəlli olur ki, teatra çox dəyər veririk. Amaliya xanım Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biri idi. Şöhrət və şərəf ordenli unudulmaz bir aktrisa idi. O, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Amaliya Pənahovaya vida
Leqal.info xəbər verir ki, bunu Xalq artisti Amaliya Pənahova ilə vida mərasimində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev deyib.
Amaliya Pənahovaya vida
“Nargilə” obrazı onun ilk rolu olub. 28 il bu səhnədə müxtəlif obrazlar yaradıb. Müstəqilliyin ilk illərində Bakı Bələdiyyə Teatrını yaradıb. İki həftə öncə gəlib bu teatrda məşqlərə baxıb, daha sonra xəstəxanaya gedirmiş. Cəmiyyətdə böyük nüfuza malik idi. O, nəinki Azərbaycanda, həmçinin, beynəlxalq arenada da Azərbaycanı təmsil edirdi.
Amaliya Pənahovaya vida
Azərbaycan ona xüsusi dəyər verirdi. Onun yaradıcılığı Azərbaycan tarixində əbədi yer tutacaq. Bu gün o, haqq dünyasındadır. Yaratdığı obrazlar, onun tələbələri daim ürəyimizdə yaşayacaq”.

11:52

Onunla səhnədə olmaq xoşbəxtlik idi.

Bunu Leqal.info-ya açıqlamasında Xalq artisti Amaliya Pənahova ilə vida mərasimində Xalq artisti Rəfael Dadaşov deyib.
Onun sözlərinə görə, Amaliya xanıma layiqli tərəf müqabili olmağa çalışıb:
Amaliya Pənahovaya vida
“Cavanların müəyyən baqajı, səlahiyyəti yoxdur danışmağa. Biz müştərək işlər görmüşük, tərəf müqabili olmuşuq.

Onunla səhnədə olmaq xoşbəxtlikdir. Çalışırdım ki, onun layiqli tərəf müqabili olum. Çox gözəl tandem təşkil edirdik, bu gün də tamaşalarımız qızıl fonddadır.

Mədəniyyətimiz, xalqımız böyük bir dəyər itirdi. Danışmaq çətindir. Bundan sonra kimin haqqında ağızdolusu danışacağıq? Çox pərişanam, kədərliyəm. Nə deyə bilərəm ki? Allah rəhmət eləsin!”

“Ürəyim ağzımdan çıxır, heç cür qəbul edə bilmirəm. Yavaş-yavaş hamımız gedirik. Sonuncu mogikanların yerini isə yalnız ortabablar tutur”, - Xalq artisti Flora Kərimova duyğularını dilə gətirib.
Amaliya Pənahovaya vida
11:31

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

Leqal.info xəbər verir ki, Amaliya Pənahova ilə vida mərasiminə qatılan Xalq artisti Nurəddin Mehdixanlı sənətçi barədə fikirlərini belə ifadə edib:

“Amaliya Pənahova həmişə gənclərə dəstək olub. Sənət fədaisi idi. Tək özü üçün yaşamadı. Ondan sonra yerini heç kim tutmayacaq. “Sən həmişə mənimləsən” tamaşası ilə özünü sevdirdi. O, fiziki mənada bizdən uzaqlaşdı”.
Amaliya Pənahovaya vida
Əməkdar artist Elxan Qasımov da mərhum sənətkar barədə fikirlərini bölüşüb:

“Amaliya Pənahovadan bir daha gəlməyəcək. Şübhəsiz ki, onun yeri cənnətdir”.

11:18

Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başlayıb.
Amaliya Pənahovaya vida
Leqal.info xəbər verir ki, mərasimə sənət nümayəndələri, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və başqaları qatılıb.
Amaliya Pənahovaya vida
Amaliya Pənahovaya vida
Amaliya Pənahovaya vidaскачать dle 10.6фильмы бесплатно
9-11-2018, 15:16
Baxıs: 39 662
Reyting: