Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb
Bakının Xəzər rayonunda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb.
Binə qəsəbəsi, “Mehriban qonşular” deyilən ərazidə 2017-ci il təvəllüdlü İbrahim Ruhin oğlu Ələkbərli ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb. Azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































