Nərimanovda avtomobil içkili piyadanı vuraraq ağır xəsarət yetirib
Bakının Nərimanov rayonunda 35 yaşlı kişini avtomobil vurub.
Heydər Əliyev prospektində piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçən 1988-ci il təvəllüdlü Elçin Kamal oğlu Qəhrəmanovu avtomobil vurub. İçkili şəxs təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. |
XƏBƏR LENTİ
Dünən, 14:36
Dünən, 09:00
Dünən, 09:00
Dünən, 09:00
Dünən, 09:00







