Şəkidə mal-qara otaran kişini maşın vurub
Şəki rayonunda mal-qara otaran 31 yaşlı kişini maşın vurub.
Leqal.info-nun “Report”a istinadən məlumatına görə, rayonun 1987-ci il təvəllüdlü Aran kənd sakini Məhərrəmov İlyas Tərvaz oğlu sağ baldır sümüyünün yerdəyişən sınığı xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı İ.Məhərrəmov kəndin inzibati ərazisində yol kənarında mal-qara otaran zaman minik maşını tərəfindən vurulduğunu bildirib. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. Daha əvvəl Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































