Seninem.Az > Sosial / Manşet Yuxarı > Şəkidə mal-qara otaran kişini maşın vurub
Şəkidə mal-qara otaran kişini maşın vurubTarix: 5-01-2019, 19:41. Müəllif: admin |
|
Şəki rayonunda mal-qara otaran 31 yaşlı kişini maşın vurub. Leqal.info-nun “Report”a istinadən məlumatına görə, rayonun 1987-ci il təvəllüdlü Aran kənd sakini Məhərrəmov İlyas Tərvaz oğlu sağ baldır sümüyünün yerdəyişən sınığı xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı İ.Məhərrəmov kəndin inzibati ərazisində yol kənarında mal-qara otaran zaman minik maşını tərəfindən vurulduğunu bildirib. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. Daha əvvəl Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib. Geri Qayıt |